AZ

Azərbaycanda gələn il 62 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

2024-cü ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.

Seçilən
106
23
ikisahil.az

10Mənbələr