AZ

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə verilmir

Gəncənin ermənilər tərəfindən raket atəşinə 5-ci dəfə tutulmasından 4 il keçir.

Oxu24.com  CityPost.az -a istinadən  xəbər verir ki, erməni terroru zamanı evləri dağıdılan bir qisim vətəndaşın  mənzilləri   hələ  də bərpa  olunmayıb.  Həmin  hücum  zamanı  evləri dağıdılan  şəxslərdən biri də Gəncə şəhər  sakini Aqil  Məmmədovdur. Aqil Məmmədovun  sözlərinə  görə, onlara məxsus ev raket hücumu zamanı dağıdıldıqdan  sonra  ailəsi ilə birlikdə  kirayələrdə  yaşayır. 

“Gəncə  terrorundan 4 il  keçdi. Bu 4  ildə biz  kirayələrdə  yaşayırıq. Evlərin  təmiri və yenidən  tikintisi hələ də  yekunlaşmayıb. Bizim  Cavadxan  qəsəbəsi  174  ünvanında (Avtozavod deyilən ərazidə)  yerləşən evimiz həmin raket hücumu zamanı dağıntıya məruz qalıb. Təmir-bərpa işləri yekunlaşmadığı üçün evimizə köçə bilmirik.İşlərin  aparılması  Vüqar  adlı  şəxsə  həvalə olunub. O,isə sakinlərlə  çox  kobud şəkildə  rəftar edir.İşçilərin və ustaların əmək haqqlarıı ödənilmədiyi üçün işi yarımçıq qoyaraq onlar çıxıb getdilər”,- deyə  şikayətçi bildirib.

 

Aqil Məmmədovun sözlərinə görə,evləri dağıdıldığı üçün onlar kirayədə yaşayırlar.Buna baxmayaraq Dövlət tərəfindən onlara verilən kirayə pulları da dayandırılıb.

“Bizə  kirayə pulu artıq  iki  aydır ki,ödənilmir. Məcbur qalıb kirayə  haqqını özümüz verməli oluruq.”,-deyə o bildirib.

CityPost.az məsələ ilə bağlı Gəncə şəhərində qeyd olunan işlərin həvalə  olunduğu barəsində söhbət gedən,insanları get-gələ salan  Vüqar adlı şəxslə  əlaqə saxlayıb. O,açıqlamasında problemlərin yaxın zamanda həll olunacağını bildirib.

“İşlər davam etdirilir.Vətəndaşların kirayə pulunun verilməsinə gəldikdə isə o məsələ də həllini tapacaq. Pulu bizə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  ödəməlidir. Onlar pulu bizə köçürmədiyi üçün belə  problem yaranıb”,-deyə o bildirib.

Qeyd edək ki, Gəncə şəhərindən bir neçə vətəndaş oxşar problemlə bağlı müraciət edib. 
 

CityPost.az keçən həftə   Gəncə şəhəri,Ağa Sultanov küçəsi ev 2 ünvanında yaşayan  Vətən Müharibəsi iştirakçısı Abdullayev Cahangir Rizvan  oğlunun müraciətini işıqlandırmışdı. O, 44 günlük Vətən Müharibəsinə könüllü olaraq  yollanıb və bir sıra istiqamətdə gedən döyüşlərdə iştirak edib.Göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Cahangir Abdullayevin  şikayətinə səbəb ermənilərin hücumu zamanı dağıdılmış evinin bu günə qədər bərpa  edilməməsidir.

 

phrase_var_article.chosen
70
50
oxu24.com

10phrase_var_article.sources