AZ

"Unibank"ın faiz gəlirləri 172 milyon manatı keçib

Bu ilin 3-rübündə "Unibank"ın faiz gəlirləri 172,1 milyon manata bərabər olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu ötən ilin III rübü ilə müqayisədə 17,2  milyon manat və ya 11% çoxdur.

Faiz gəlirlərinin böyük hissəsi, yəni 163 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 15,5 milyon manata yaxın və ya 10% artıqdır.

Faiz xərcləri isə 4,1  milyon manat və ya 8% artaraq 56,5  milyon  manat təşkil edib.

Faiz xərcinin də böyük hissəsini - 47 milyon manatını depozitlər üzrə faiz xərcıləri təşkil edib ki, bu da illik müqayisədə 5,6 milyon manat və ya 14% çoxdur.

Beləliklə bankın xalis faiz gəlirləri 110,6 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 13 milyon  manat və ya 13% çoxdur.

phrase_var_article.chosen
94
2
fed.az

10phrase_var_article.sources