AZ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə,iclasın gündəliyinə daxil olan hər iki məsələ barədə komitəninsədri Azər Əmiraslanov məlumat verib.

Birinci məsələ olan “Bələdiyyələrin maliyyəsinin əsaslarıhaqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalarhaqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi(birinci oxunuş) ilə bağlı Azər Əmiraslanov diqqətə çatdırıb ki,sənəd bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiyasistemində əks olunmasını təsbit edir.

Həmçinin layihədə “Nağdsız hesablaşmalar haqqında” Qanunabələdiyyə yığımları üzrə hesablaşmaların da nağdsız qaydada həyatakeçirilməsi təklif olunub. Komitə sədri vurğulayıb ki,dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasında və icrasındaşəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının vəvəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmətedəcək.

İkinci məsələ olan “İstehlakçıların hüquqlarının müdafiəsihaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi iləbağlı komitə sədri bildirib ki, dəyişikliklər alkoqollu içkilərinpərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsiməqsədi ilə hazırlanıb. Layihəyə əsasən, alkoqollu içkilərinpərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlımüvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimumqiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağıqiymətə satılması qadağan olunacaq.

Vurğulanıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının vəhüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərinsatışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinəcavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerliistehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.

Qanun layihələrinin müzakirəsində İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, komitə üzvləriVüqar Bayramov, Aydın Hüseynov, Rövşən Muradov, ƏlibalaMəhərrəmzadə, Ziyad Səmədzadə, Əli Məsimli, Heydər Əsədov, MüşfiqCəfərov və Məşhur Məmmədov çıxış ediblər. Deputatlar layihələrinəhəmiyyəti, zəruriliyi ilə bağlı fikirlərini bildiriblər, onlarınicra mexanizmləri və tətbiqi ilə bağlı bəzi qeydlərini, suallarınıvə təkliflərini səsləndiriblər.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri AzərƏmiraslanov, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasətişöbəsinin müdiri Ceyhun Nəcəfov və Dövlət Vergi Xidmətinin Aksizlivə Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisiAzər Süleymanov deputatların qaldırdıqları məsələlərə aydınlıqgətiriblər, suallarını cavablandırıblar.

İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşdabaxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli
Milli
Milli
Milli
Seçilən
31
3
az.trend.az

7Mənbələr