AZ

Japarov Qırğızıstanda rus dilinin gələcək taleyindən danışıb

Qırğızıstan hakimiyyəti respublikada rus dilinin qorunub saxlanması məsələsinə bundan sonra da diqqət yetirmək niyyətindədir.

Demokrat.az xəbər verir ki, bunu respublikanın baş naziri Akılbek Japarov deyib.

O, bu barədə Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

“Konstitusiyamızda rus dilinə rəsmi dil statusu verilib. Bizdə rus dilinə həmişə xüsusi münasibət olub və olacaq”.

Öz növbəsində Qırğızıstan Prezidenti Sadır Japarov bu yaxınlarda qeyd edib ki, ölkə Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina edə bilməz.

Rusiya Federasiyasında Qırğızıstanın Mədəniyyət Günlərinin açılışında çıxış edən  o, həmçinin qeyd edib ki, Rusiya və Qırğızıstan xalqları bir-biri ilə qarşılıqlı əlaqəyə həmişə açıq olublar. 

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
20
demokrat.az

1Mənbələr