AZ

Nuri Şahindən maraqlı qərar: Madriddə məşqə çıxmayacaqlar

"Borussiya" Çempionlar Liqası Liqa fazasının 3-cü turu çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Nuri Şahin matçdan öncə maraqlı qərar verib. Belə ki, komanda Madriddə oyunöncəsi son məşqə çıxmayacaq.

Türk mütəxəssis "Real"ın onların taktikasını öyrənməməsi üçün belə addım atıb. "Borussiya" son məşqini Dortmundda həyata keçirdikdən sonra İspaniyaya yola düşüb.

Qeyd edək ki, "Real" - "Borussiya" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
21
sportal.az

1Mənbələr