AZ

Dini təriqətlər niyə və kimlər tərəfindən yaradılır?

Günümüzdəki sufi təriqətlərinin, camaat adlanan toplumların şeyxlərinin böyük əksəriyyətinin birbaşa, yerdə qalanın da dolayı yollarla Qərb, ABŞ və İsrail xüsusi xidmət orqanlarına xidmət etməsi haqda mülahizələr, rəylər, bir sıra da faktlar var. Buna dair təkzibolunmaz faktlardan biri Fətullah Gülən və camaatıdır. Türkiyədə ən böyük cərəyanın başında idi və hara, kimə xidmət etməsi hamıya məlum oldu. Ancaq vaxt vardı ki, onun haqqında hansısa iddia irəli sürməyin özü təhlükəli idi. Türkiyədə az qala onun başına and içilən vaxtlar vardı. Demək elə gizli, elə məxfi, elə həssas şəkildə işləyirmiş ki, onun xain olduğunu son ana qədər heç kəs sübut edə bilməmişdi. Hazırda öldü. Amma şübhəsiz ki, ABŞ və Avropa qollarına ayrılmış cərəyanların hər birinin başına idarəçilər yeni fiqur gətirəcəklər.
İkinci fakt: Kəsnizani təriqəti İraqda Qadiriyyənin törəməsi olaraq meydana çıxıb. Şəbəkələrdə qarşınıza çıxan videolarda alov udan, qarnına xəncər, şiş soxan, közün üstündə yeriyən uzun saçlı müridləri olan təriqət odur.
Kürdcə “kimsə bilmir” anlamına gələn və Səddam rejimində çox yayılmış olan bu təriqətlə əlaqəli dəhşətli faktlar var. Bunlardan bəziləri haqda Doktor Ramazan Kurdoğlunun “Hollivud və Kabalanın 13-cü Həvarisi Evangelizm” kitabında bəhs edilir. ABŞ İraqı vuranda İraq ABŞ - a demək olar ki, qızıl teştdə təslim edilmişdi. Hər kəs “əsas savaş Bağdadda olacaq” deyə düşündüyü halda Bağdad savaşmadan təslim edilmişdi. 10 aprel 2003-cü il tarixində təslimatı icra edən əslində İraqda hər kəsin bildiyi, amma adından da göründüyü kimi heç kəsin sezmədiyi, ortalıqda görünməyən Kəsnizani təriqəti idi. Təriqət Körfəz savaşından sonra Səddamın ətrafını hörümçək toru kimi sarmışdı. Səddamın arvadı, oğlu, bir çox güvəndiyi generalları və istixbarat-xüsusi xidmət qurumlarının başındakılar bu təriqətin içində, hamısı təriqət “müridləri” idilər. Kəsnizani təriqəti Mossad və CIA tərəfindən Səddamı içərdən yıxmaq, İraqı asanlıqla təslim almaq üçün orqanizə edilmişdi.
Səddam 33 illik hökmdarlığı dövründə bir çox çevriliş, sui-qəsd cəhdlərini adlamışdı, ancaq “təriqətin” (əslində agentura şəbəkəsinin) metodu hamısından fərqliydi. Təriqətin “müridləri” Səddamın ən yaxınında olanlardı. Onun hər hərəkətini, hər addımını anbaan təriqət şeyxinin oğlu Nehruya çatdırırdılar, sonra da bilgilər necə deyərlər quş olub Mossad və CIA instansiyalarına doğru uçurdu. Şeyx Muhəmməd Abdülkərim Kəsnizani, zikirdən, ibadətdən çox siyasətə maraqlıydı. Müridlərinə də Quran tədrisi yerinə adını zikr etmədən Kabala sistemini - mistisizmini anladırdı.
Kəsnizani təriqəti, ata Abdülqadir zamanı da daxil olmaqla Səddama bağlılıqda qüsura yol vermirdi. Kürd, türkmən, ərəb rejim müxaliflərini dərhal Bəəs Partiyasının aidiyyəti strukturlarına bildirirdi. Beləcə hökumətin etibarını qazanmışdı. Şeyx Muhəmməd kitab yazmaqdan da geri qalmırdı. Təriqətin formalaşmasında şeyxin ətrafındaki İslam alimlərindən ibarət şəbəkə, yəni gerçəkdə isə Mossad agentləri olan hahamlar üsulunda hazırlanmışdı. Şeyxin kitabı, Kabala təlimlərini İslam mistisizmi adı altında imanlı və sadəlövh müridlərin beyinlərinə və qəlblərinə incəliklə yeritmək üçün baş kitab olaraq istifadə edilirdi. Müridlərə Mossadın hahamlıqdan tövbəkar ustadları dərs verirdi.
Əslində təriqətin əsl hədəfi İraq ordusu idi. Öncə generallar və zabitlər Kəznizani təriqətinın müridləri halına gətirildilər. Baş qərargah rəisi, Ümimi hərbi istixbarat rəhbəri, Hava Qüvvələri Komandanı, vitse-prezident hamısı Şeyx Muhəmməd Abdülkərim Kəsnizaninin ayağını öpərək müridləri arasına girmişdi. İraqın qəddar Əl-Muxabəratının sivil-əsgər tərkibi də təriqətin müridləri olmuşdular. Müridilər arasında Səddamdan sonra Bəəs partiyasının ən qüdrətlisi İbrahim İzzət Əl Duri də vardı. Duri bütün qaranlıq şəbəkələrlə əlaqə qurur, Səddamın bütün qara işlərini idarə edirdi. Duri şeyxin ayağını öpənlər arasına çoxdan daxil edilmişdi. Digər tərəfdən də Səddamın arvadı Sacidə Xeyrullah, Səddamın qardaşları Vatban və Barzan ilə oğlu Uday da müridlər arasındaydı. Qeyd edirlər ki, bu qədər ciddi adamı təriqətə fərqi üsullarla cəlb etmişdilər.
Birinci Körfəz savaşında ata Buş Bağdadı işğal etməyi rədd etmişdi. İsrail bundan çox narahat olmuşdu. İraq sürətlə parçalanmalıydı. Diqqətə aldığı kürd təriqəti Kəsnizanilik üzərindən İraqın islami həyatını da kontrol altına almağı planlayırdı. Mossad Kəsnizani təriqətinin öndə gələnləri ilə müxtəlif yollarla təmasa keçərək əlaqələri sürətlə inkişaf etdirdi. İraq Dövlətinin mexanizmi içində yer alanlar, media mənsubları inanc yolları ilə ram edilə bilməyəndə Mossadın təriqətə axıtdığı dollarlarla yola gətirilir, müti müridlər edilirdi...
Səddam Hüseynin yataq otağı da daxil olmaqla istixbaratçı müridlərdən seçilən məlumatlılar oğul Nehrunun yanında toplanır, Nehru da bunları Mossada çatdırırdı. Artıq Səddam və çevrəsində nələr olduğundan Kəsnizani təriqəti və şeyxi vasitəsiylə Mossad anında bilgi sahibi olur və tədbir görülürdü. Təriqətin içinə Mossad tam yerləşmişdi. Cənubda şiə müsəlmanlar, şimalda isə türkmənlərin büyük çoxluğu xaric sivil ərəblər, kürdlər ilə İraq dövlət mexanizmini əlində tutanlar Kəsnizani təriqətini istifadə edərək Mossad və CIA tərəfindən ələ alınmış və psixoloji müharibənin qurbanı olmuşdular. Səddam ən yaxınlarının belə təriqət tərəfindən mürid edildiyini, hər bir hərəkətinin CIA və Mossada çatdırıldığını fərq etdiyində artıq iş işdən keçmişdi.
ABŞ, İngiltərə birlikləri İraqa hücum etdi. Cənubda dəhşətli bir dirənişlə qarşılaşdılar. Dünya mediası, əsasən Türkiyə mediası, ekspertlər, hərbi mütəxəssislər, strategiya bilginləri əsl savaşın Bağdad və ətrafında olacağını dilə gətirirdilər. Halbuki Bağdad və çevrəsi Səddamın əsgərləri tərəfindən heç bir dirəniş göstərilmədən ABŞ əsgərlərinə təslim ediləcəkdi. Niyə belə olmuşdu? Təriqət yoluyla İraq dövlət mexanizmi ələ keçirilmişdi. Şeyx Muhəmməd müridlərinə Amerikan əsgərlərinə dirənməmələrini göstəriş vermişdi. Şeyxin əmrindəki mürid generallar vətənlərinin müstəqilliyi üçün savaşmaq yerinə Şeyx Muhəmmədin əmrinə tabe oldular. (Digər tərəfdən də həmin ərəfədə ABŞ-dan 12 milyon dollar almış Sistani xarici işğalçılara dirəniş göstərilməməsi və Küveyt sərhəddini açmaq barədə fətva vermişdi.)
Bu ərəfədə vitse-prezident İzzət Əl Duri də İraqın şimalını təslim etmişdi amerikalılara. Şeyxin istəyində mütləq bir kəramətin olduğuna inanırdılar. Düşünürdülər ki, Şeyx ola bilsin düşməni tam içəri qəbul edib sonra tələyə salmaq üçün belə istəyir. Bağdad, İraq tarixdə hələ belə bir xəyanət görməmişdi.
Müəllif qeyd edir ki, bu məlumatlar müxtəlif qaynaqlarda, mötəbər mənbələrdə təyid və təsdiq edilmişdir.
FETÖ təşkilatı da Türkiyədə əsasən hərbi sistemi içəridən ələ keçirərək eyni İraq ssenarisini təkrar etmək istəyirdi. Amma baş tutmadı. Hazırda Pakistanda, Türkiyədə və digər müsəlman ölkələrində toplaşıb yallı gedən, "ya - Hu" deyə nərə çəkən, qaval çalan Cuf-cuf xocalar, Cübbəli, sarıqlı, gözü sürməli şeyxlərin əksəriyyəti ya özləri bilərəkdən ya da heç bilməyərəkdən Qərb xüsusi xidmət orqanlarına xidmət edirlər.
Ümumiyyətlə sufi cərəyanları, təriqətləri Qərb səlibçiləri, gizli missionerlər tərəfindən müsəlmanların, əsasən də türk xalqlarının mübarizə və birlik ruhunu öldürmək üçün yaşadılır, bəslənilir. Müsəlmanları ancaq səma edərək fırlanmaqla, nağıllar aləminə səyahətlə, xurafat danışıb şeyxlərinin fövqəladə gücə sahib olduğuna inanaraq bir guşəyə çəkilib dünya işlərinə qarışmamaqla diri ikən ölüyə çevirmək Qərbin ideoloji-siyasi institutlarının min illik planlarının "bəhrəsi" dir.
Bu təriqətlərin sistemi eynən kəşfiyyat sistemi kimidir. Mürid and içib əhd bağlayır. Zəncirvari olaraq özündən üstdəki ilə məlumat bölüşür. Mürid gərək mütləq mürşidə, şeyxə bütün halları, durumu barədə mütəmadi olaraq məlumat versin. Guya mürşid də onun halına, durumuna görə müridin hansı mərhələdə olduğunu müəyyən edir və ona, buna uyğun olaraq növbəti tapşırıqlarını verir. Beləliklə zəncirvari olaraq yüzlərlə, minlərlə müriddən mürşidə, ondan da lazımi mənbələrə informasiya axını təşkil olunmuş olur.
Eyni sözləri müəyyən meditasiya vəziyyətində müəyyən saylarda təkrar edəndə müxtəlif hallar, illusinasiya, psixoloji dəyişiklik yaranır ki, bunu da sufilər hal adlandırırlar, guya ruhun təmizlənməsi sayırlar.
Hətta oruc tutub, riyazat edib ac qalaraq rəngi qan azlığından saralmış muridlərin üzünə nur gəldiyini deyirlər.
Qadirilər rəqs edərək qızışıb qarının yan hissələrinə xüsusi maddəyə bulaşdırılmış kəsici alətlər soxaraq bunu kəramət sayırlar. Yaxud ayaq altına yanmayan kimyəvi maye sürtərək közün üstündə yeriyirlər. Səddamın adamlarını da guya bədənlərinə güllə batmayacaq təlqini ilə ələ keçirən Kəsnizani kimi təriqətlər cadu, sehr, tilsim, hipnoz, gözbağlayıcılıq, foks kimi vasitələrdən istifadə etməklə kütlə toplayıb xarici məqsədlərə xidmət ediblər tarix boyu.

Tural İrfan, MCP-nin sədr müavini
Seçilən
20
news365.az

1Mənbələr