AZ

Fətullah Gülənin ölümündən sonra ABŞ-dan ilk açıqlama gəldi

Fətullah Gülənin ölümü ilə bağlı ABŞ-dan ilk açıqlama gəlib. ABŞ rəsmiləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Publika.az xəbər verir ki, gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patelə Gülənin ölümü ilə bağlı sual verilib.

Pavel cavabında "Mən xəbərləri görmüşəm, amma təklif edəcəyim heç bir şey yoxdur. ABŞ-da yaşayan özəl şəxsləri maraqlandıran məsələlərə münasibət bildirmirəm" deyərək sualdan yayınıb.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi onlayn mətbuat konfransında məsələ ilə bağlı Vaşinqtonla Ankara arasında hər hansı bir əlaqənin olub-olmaması sualını cavablandırıb. Onun sözlərinə görə, bununla bağlı hazırda heç bir məlumat yoxdur.

Seçilən
11
2
publika.az

5Mənbələr