AZ

Yağıntılar nə vaxtadək davam edəcək?

“Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək”.

Bu barədə Sabah.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir:

“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək”.

Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-ü ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Seçilən
35
49
sabah.az

10Mənbələr