Nigeriyanın cənubundakı Edo əyalətində 2Lassa" qızdırması epidemiyasından 21 nəfər ölüb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, Edo əyalətinin səhiyyə rəsmisi Dr. Cozef Okoeqale "Lassa" qızdırması epidemiyasının ştatın müxtəlif bölgələrinə yayıldığını və ümumilikdə 240 hadisənin aşkar edildiyini bildirib.
Bu il ölkə daxilində 170-dən çox insan "Lassa" qızdırması səbəbindən dünyasını dəyişib. Hökumət xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.
"Lassa" qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Xəstəlik siçan nəcisi ilə ötürülür və insandan insana keçə bilər. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.