AZ

Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib.

Azpost.info xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Blinkenin İsrail Baş naziri Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşü nəzərdə tutulub.
Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək.

Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin Livan-İsrail münaqişəsinin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.

Azpost.info

Seçilən
17
22
azpost.info

10Mənbələr