AZ

Alen Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxış edib.
Müzakirə Ermənistan parlamentinin bugünkü iclasında baş tutub.
Belə ki, Alen Simonyan bir neçə gün əvvəl mətbuata verdiyi müsahibədə bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsini əsas götürərək həyata keçirib.
Bu açıqlamaya etiraz olaraq Ermənistan parlamentinin iclasında müxalif deputat Geqam Manukyan Alen Simonyana irad tutub. O, spikerə - "siz bu tezisi haradan almısınız ki, Azərbaycanın Qarabağa hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi?" - sualını ünvanlayıb.
Alen Simonyan isə cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, tezislər uydurmaq olar: "Lakin fakt faktlığında qalır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".
Seçilən
102
50
oxu.az

10Mənbələr