AZ

Həkimi Fətullah Gülənin ölüm səbəbini açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah Gülən təbii səbəblərdən ölüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun həkimi, ABŞ-də Müqəddəs Luka Universitetinin Tibb Mərkəzinin həkimi Doktor Duqlas Deqler özünün sosial şəbəkə hesabından xəbər verib.
O, FETÖ rəhbərinin mərkəzin Monro Kampusunda vəfat etdiyini əlavə edib.
"F.Gülən burada stasionar xəstə olaraq multidissiplinar bir komanda tərəfindən müalicə olunurdu", - deyə həkim bildirib.
Qeyd edək ki, FETÖ-nün mətbuat orqanları onun 4 gün xəstəxanada yatdığını vurğulayıblar.
Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.
Seçilən
20
oxu.az

1Mənbələr