AZ

Bakıda su basmış ərazilərdə aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir - BİRGƏ MƏLUMAT

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyikimi ölkə ərazisində davam edən yağıntılı hava şəraiti 22 oktyabr2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda vəAbşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraqəksər rayonlarda tədricən kəsiləcək.

Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallarnazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin birgə məlumat yayıb.

Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə,Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm(aylıq normanın 306 %-i) təşkil edib.

Yağan intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeronrayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradanqaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimindəfasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədardərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərəkkənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi vədigər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsinitəmin edir.

Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində,xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyənedilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunelvə keçidlərdəki su nasoslarının gücləndirilməsi vətəkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiqtapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış sularıyığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləriaparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimihalların baş verməməsi və belə halların operativ şəkildə aradanqaldırılması məqsədilə tədbirlər həyata keçirilir.

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş SuTəchizatı Xidmətinin briqadaları yağış və kanalizasiyakollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdənçəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılmasıistiqamətində sistematik və operativ tədbirlər həyata keçirir.

Məqalədə:
Seçilən
70
49
az.trend.az

10Mənbələr