AZ

Osimhen möhtəşəm qolu haqda nə dedi?

''Qalatasaray''ın superliqanın 9-cu turunda səfərdə ''Antalyaspor''u 3:0 yendiyi qarşılaşmaya Viktor Osimhenin möhtəşəm qolu damğa vurdu.

Nigeriyalı forvard başı üzərindən vurduğu akrobatik zərbə ilə mövsümün ən gözəl qollarından birinin müəllifi oldu. Osimhen superliqada yalnız 4 oyun keçirsə də, artıq 5 qolun vurulmasında yaxından iştirak edib (3 qol, 2 məhsuldar ötürmə). Ulduz futbolçu oyundan sonra vurduğu qol haqda bunları dedi:

''Əslində zərbəni top yerə düşmədən vurmaq istəyirdim. Amma həmin an rəqibə toxunsaydım hakim cərimə zərbəsi təyin edə bilərdi. Ona görə də topun yerə düşüb bir daha qalxmasını gözlədim. Rəqib oyunçunun həmin an yerə yıxılması da işimə yaradı. Zərbəni daha rahat vurdum. Çoxdandı, belə bir qol vurmaq istəyirdim. Qol ən lazımlı zamanda gəldi. Top sanki raket sürəti ilə getdi. Qoldan sonra hakim epizodu incələyərkən Əbdülkərim Bardakcı ilə göz-gözə gəldik. Məndən ''ofsayd olsa, nə edəcəksən'' deyə soruşdu. Mən də ''narahat olma, qol təmizdi'' dedim. Həqiqətən də gözəl və ağlasığmaz bir qol alındı''.

ƏLİ
Seçilən
15
football-plus.az

1Mənbələr