AZ

“Sabunçu keçidi”ndə boğulmuş ikinci şəxsin də meyiti tapıldı - YENİLƏNİB + VİDEO

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
15:58
 
Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Moderator.az xəbər verir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
 
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
 
Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.
 
14:58
 
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.
 
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
 
Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
 
14:36
 
Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi" kimi tanınan ərazidə iki nəfər batıb. 
 
Milli.Az-ın əldə etdiyi məlumata görə, leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.
 
Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb.
 
Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı. 
 

Seçilən
16
5
moderator.az

10Mənbələr