AZ

Polşa XİN Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəlib

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəlib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski jurnalistlərə bildirib.

“Mən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyəti ilə bağlı razılığımı geri götürmək qərarına gəldim. Onun işçiləri Polşada arzuolunmaz sayılacaq”, - Onet portalı onun sözlərini sitat gətirir.

Eyni zamanda, Sikorski Rusiya xüsusi xidmət orqanlarını ölkədə təxribat təşkil etməyə cəhddə ittiham edib və qərarını Rusiya Federasiyasının Polşa və onun müttəfiqlərinə qarşı apardığı iddia edilən “hibrid müharibə” ilə əlaqələndirib.

Seçilən
29
5
aznews.az

10Mənbələr