AZ

Lerikə qar yağdı

Oktyabrın 23-ü saat 9:00-a olan məlumata əsasən hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.
Azerforum.com xəbər verir ki, bu barədə Millli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlıda 40 mm təşkil edir.

Lerikə qar yağıb,əmələ gələn qar örtüyünün hündürlüyü 17 sm olub.

“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”, - deyə Xidmət rəsmisi bildirib

Seçilən
374
28
azerforum.com

10Mənbələr