AZ

Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Oktyabrın 22-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən SAHA EXPO-2024 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin qurulduğu, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.

Danışıqlar zamanı Azərbaycanın müasir müdafiə sənayesinin inkişafı istiqamətində görülən işlər və uğurlu nəticələr haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2412

2414

Seçilən
62
poliqon.az

1Mənbələr