AZ

UEFA Gənclər Liqası: "Sabah" ilk matçına çıxır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün ilk matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, paytaxt klubu İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv ilk sınağını səfərdə keçirəcək. Bazel şəhərindəki "St. Yakob Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 6-da Bakıda baş tutacaq və saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 oktyabr

21:00. "Bazel" (İsveçrə) - "Sabah"
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Bazel. "St. Yakob Park".

Seçilən
50
7
fanat.az

5Mənbələr