AZ

Hyustonda azərbaycanlı dirijorun rəhbərliyi ilə “Şelkunçik” baleti səhnələşdiriləcək (FOTO)

Bakı. Trend:

2024-cü ilin 7-8 dekabr tarixində ABŞ-nin Texas ştatının Hyustonşəhərində azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyiyeni Hyuston Repertuar Balet Orkestrinin (HRB) müşayiəti ilə dahirus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayişolunacaq.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki. baletdə əsas rolları Amerika Balet Teatrınıntanınmış solistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander(Jake Roxander) ifa edəcək.

Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilktəqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyətitərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, Üzeyir Hacıbəyov adına Bakı MusiqiAkademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental,kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malikpianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 ilərzində Hyuston Repertuar Balet Orkestrində (HRB) pianoçu kimifəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-nin və dünyanın müxtəlifölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir.Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqiklubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music Festival”festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlaralıblar.

Hyustonda
Hyustonda
Seçilən
20
2
az.trend.az

3Mənbələr