Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
*****
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb(apa).