AZ

2 dəfə kliniki ölüm keçirən xəstənin həyatıKTM-də xilas edilib

Bakı. Trend:

27.08.2024-cü il tarixində 22 yaşlı vətəndaş sirkəturşusundan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki TibbiMərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz(KTM) məlumat yayıb.

Bildirilib ki, xəstəyə qida borusu, mədə-bağırsaqqanaxması, kəskin tənəffüs çatışmazlığı, həmçinin kəskin böyrəkçatışmazlığı diaqnozları qoyulub, dərhal zəruri müalicəprosedurları başladılıb.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 2 dəfəkliniki ölüm keçirib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov vəhəkim-toksikoloq Savad Quliyevanın apardıqları müalicə tədbirlərinəticəsində xəstənin vəziyyəti stabilləşib, həyati təhlükəsi geridəqalıb.

2 aya yaxın davam edən stasionar müalicəprosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçünevə buraxılıb.

Seçilən
54
3
az.trend.az

4Mənbələr