AZ

"Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsini qənaətbəxş sayırıq"- Emin Əmrullayev

Ötən həftəsonu ilk dəfə bağça tərbiyəçi-müəllimləri üçün keçirilən diaqnostik qiymətləndirməni qənaətbəxş hesab etmək olar. 

News365.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, qiymətləndirilmə vasitəsilə bağçalarda ümumi vəziyyəti bilib ona uyğun ölçmə alətləri hazırlayaq:

"Əsas məqsəd sertifikasiya imtahanlarına hazırlıqdır. Həftəsonu olan diaqnostik qiymətləndirmədə həm kifayət qədər qənaətbəxş nəticə göstərən şəxslər, həm də təkmilləşdirməyə ehtiyacı plan tərbiyəçi-müəllimlər olduğunu gördük. Odur ki, bu sahədə görəcək işlərimiz çoxdur. Təlim paketləri hazırlanır".

Seçilən
11
6
news365.az

7Mənbələr