AZ

“Sülh BMT Nizamnaməsi əsasında əldə edilməlidir” – Quterreş

“Ukraynada sülh Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında əldə edilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Kazanda “Outreach”/“BRICS plus” formatında keçirilən görüşdə deyib.

“Bizə Ukraynada sülh lazımdır. BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə uyğun ədalətli dünya lazımdır”, – deyə BMT-nin baş katibi izah edib.

O, aydınlaşdırıb ki, dünyada mövcud olan bütün münaqişələr BMT Nizamnaməsi əsasında, “bütün dövlətlərin qanunun aliliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinə” sadiq qalaraq həll edilməlidir.

Seçilən
78
47
nocomment.az

10Mənbələr