AZ

Milli Məclisdən Avropa Parlamentinin qərəzli qətnaməsinə REAKSİYA

Bakı. Trend:

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycandavəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması vəErmənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. ÖzünüAvropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qocaqitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizəqarşı hücuma keçib.

Trend xəbər verir ki, bufikirlər Avropa Parlamentinin 24 oktyabr tarixli qətnaməsinəAzərbaycan Milli Məclisinin münasibəti ilə bağlı şərhində yeralıb.

"Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinəmünasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə,Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər vəkəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızdavə Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsininkütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburiköçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızınhüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləriiztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmişanti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazibütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn normavə prinsiplərini təkbaşına icra etməsi ilə də barışabilməyiblər.

Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq özanti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyəqərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşıfəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləriayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənədformasında tərtib olunması məhz bunu deməyə əsas verir.

Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlaraəsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblərirəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıqşəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlərgöstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayişetdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həminölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidənmünaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.

Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılanyenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğmayurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri,ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmışminalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızıntaleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədəqərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. ƏlləriAzərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinəcinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isəsadəcə hiddət doğurur.

Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin vəəməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə,göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüfki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlımühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittihamaləti kimi istifadə etməkdən belə çəkinmirlər.

Bütövlükdə, bu qətnamə Azərbaycanofob, türkofob və islamofobqüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraqdoğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbuledilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışınınüzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərhetmək qəbulediləndir.

Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanınvə rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda,yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalannarrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuşmaddi mənfəətin qarşılığıdır.

Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçivə müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır.Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplaradlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçiliksiyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələməverirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkənxalqlar onların azadlıq və müstəqillik arzularının qarşısınıkimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malikolacaqlar.

Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindənyalnız bir nəticə çıxarmaq olar: Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən,ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasətkimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki,Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentininreallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsiniqəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin vəxalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasətibirmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütünqüvvəsini bundan sonra da səfərbər edəcəkdir", - şərhdədeyilir.

Seçilən
30
48
az.trend.az

10Mənbələr