AZ

2 qardaş faciəvi şəkildə öldü: yeznələrinin yasına gediblərmiş...

Xəbər verdiyimi kimi, Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, qardaşlar rayona yeznələrinin yas mərasimi üçün gediblərmiş.

 

Hadisə də bacılarının yaşadığı evdə baş verib. Məlumata görə, onlar Sumqayıt şəhərində yaşayırmışlar.

 

Qardaşların nəşi tibbi ekspertiza üçün yaşadıqları Sumqayıt şəhərinə göndərilib.

***

09:47

Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.

Məlumata görə, yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb. Hadisə məhz həmin evdə qeydə alnıb. Onlar dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
3
modern.az

2Mənbələr