AZ

İsrail Livanda jurnalistlərin yaşadığı evə zərbə endirdi – Ölənlər var


İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Hasbaya qəsəbəsində bir sıra KİV nümayəndələrinin yerləşdiyi binaya zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hücum zamanı hadisə yerində olan Livanın “Əl-Cədid” telekanalının müxbiri Məhəmməd Fərhat məlumat yayıb.
“Gecə saat 3:00-da İsrail Hasbayada jurnalistlərin olduğu binaya hücum etdi, düşmən bizi Mərcayundan tərk etməyə məcbur etdikdən sonra mənim və mənim köçdüyüm binaya çox ziyan dəydi, həmkarlarımız arasında ölənlər də oldu”, - o. bildirib.
Onun sözlərinə görə, binada yalnız jurnalistlər olub və zərbə hamı yuxuda olarkən endirilib.
Digər tərəfdən, “Al Mayadeen” telekanalı da jurnalistlərin İsrailin Livanın cənubundakı Hasbaya kəndinə endirdiyi hava zərbəsi nəticəsində həlak olduğunu təsdiqləyib.
Telekanal xəbər verir ki, ölənlər arasında onun müxbiri, operatoru, həmçinin “Hizbullah” hərəkatının nəzarətində olan “Əl Manar” kanalının fotoqrafı da var.
“Əl-Cəzirə” telekanalı isə bildirib ki, bu, İsrailin Beyrutun cənub ətraflarında “Al Mayadeen” televiziyasının ofisinə hava hücumundan sonra jurnalistlərə hədəflənmiş ikinci hücumdur.
Qeyd edək ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” hərəkatının qüvvələrinə qarşı hava hücumları ilə müşayiət olunan quru əməliyyatı keçirir. Bu əmliyyatlar bir milyondan çox insanı evlərini tərk etməyə məcbur edib. Buna cavab olaraq “Hizbullah” hərbi əməliyyatlar keçirməyə və İsrail ərazisinə raket zərbələri endirməyə davam edir.
Seçilən
66
16
yeniavaz.com

10Mənbələr