AZ

Jurnalistlərin "qara günü" başladı: İşdən çıxarıldılar, süni intellektlə əvəzləndilər

Polşada bir radiostansiyada jurnalistlərin işdən çıxarılaraq süni intellekt (AI) tərəfindən yaradılan aparıcılarla əvəzlənməsi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Krakovda yerləşən “OFF Radio” bu həftənin əvvəlində belə bir təcrübənin ilk dəfə həyata keçirildiyini elan edib.

Stansiya bildirib ki, üç süni avatar xüsusi olaraq gənc dinləyicilərə çatmaq, mədəniyyət, incəsənət və sosial mövzularda çıxışlar etmək məqsədi daşıyır.

Bu hadisə daha əvvəl stansiyada aparıcı olan Mateus Demskinin dəyişiklyə qarşı tənqidi məktub dərc etməsi ilə gündəmə gəlib.

Bir gün ərzində 15 mindən çox insanın dəstəyini aldığını söyləyən Demski, bu təcrübənin mövzusu olmaq istəmədiklərini deyib.

Seçilən
30
publika.az

1Mənbələr