AZ

İsrail Livanın cənubunda jurnalistlərin evini vurdu, 3 jurnalist öldü

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Hasbaya şəhərinə zərbələr endirib, Reuters xəbər verir.

Livanın dövlət xəbər agentliyinə aydınlıq gətirdiyinə görə, hücum nəticəsində üç jurnalist, o cümlədən Livanın “Əl-Mayadin” telekanalının müxbiri həlak olub.

Telekanal operator Qassan Nəccarın hava zərbəsinin qurbanı olduğunu təsdiqləyib. Digər qurbanların “Əl-Manar” telekanalı Wisam Kasem və “Al-Mayadeen” mühəndisi Mohamad Rida olduğu üzə çıxıb. Agentliyin həmsöhbəti əlavə edib ki, hücum zamanı “Əl-Jadeed” və “Əl-Cəzirə” telekanallarının çəkiliş qrupları binada olub, jurnalistlər arasında yaralılar var.

“Al-Mayadeen” həmçinin oktyabrın 23-də İsrail təyyarələrinin Beyrutda kanalın redaksiyasının yerləşdiyi ofisi vurduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
75
28
editor.az

10Mənbələr