Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideriVladimir Putinlə danışıqlar zamanı taxıl dəhlizinin bərpası,Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləməməsələlərini müzakirə edib.
Trend bu barədə Türkiyə KİV-əistinadən xəbər verir.
“Hazırda əsirlərin mübadiləsi ilə bağlı addımları diqqətləizləyirik və mövcud problemlərin diplomatik yolla həlli üçün mümkünolan hər şeyi etməyə davam edəcəyik”, - Türkiyə lideri qeydedib.
Xatırladaq ki, tərəflər arasında görüş Kazanda BRICS sammitiçərçivəsində oktyabrın 23-də baş tutub.