AZ

Hava dəyişir, temperatur 4-6 dərəcə enəcək...

Sabahdan Azərbaycanda hava  dəyişəcək, temperatur 4-6° enəcək.

 

Senzor.az bildirir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək.

 

Oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Seçilən
13
49
senzor.az

10Mənbələr