Kloun geyimli şəxs balaca qızın otağına girərək onu qaçırmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatında baş verib.
Gecəyarısı naməlum şəxs 8 yaşlı qızı yatağından qaçırmağa çalışıb. Uşaq müqavimət göstərdiyinə görə kloun qızın başına zərbə endirib və onu boğmağa başlayıb.
Qız müqavimət göstərməyə davam etdiyinə görə kişi hadisə yerindən qaçıb. O, maska və əlcəklərini otaqda unudub.
Cinayətkar hadisədən dörd gün sonra yaxalanıb. Onun 56 yaşlı Tomas Qalleqos olduğu məlum olub.
Müəllif: Arzu