AZ

İsrailin hava hücumlarından sonra Tehranda vəziyyət necədir? - AÇIQLAMA

İsrailin hava hücumlarından sonra şəhərdə (Tehranda - red.) vəziyyət sakitdir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi diplomatik missiyanın "Telegram" kanalında açıqlayıb. 

"İran ordusunun bəyanatlarına görə, oktyabrın 25-dən 26-na keçən gecə İsrail silahlı qüvvələri Tehran, İlam və Xuzistan əyalətlərində bir sıra hədəflərə bir neçə zərbə endirib. Hazırda paytaxtda və ölkənin iri şəhərlərində vəziyyət sakitdir", - diplomatlar bildirib. 

Onlar əlavə ediblər ki, səfirlik və Rusiyanın digər xarici qurumları normal rejimdə işləyir. Xəsarət alan Rusiya vətəndaşları barədə məlumat verilməyib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 08.00 radələrində İDF İrana hücumun sona çatdığını açıqladı, təyyarələr sağ-salamat İsrailə geri döndü. Ordu İranda hücuma məruz qalan hədəfləri, o cümlədən yer-hava raket sistemlərini, hava hücumundan müdafiə imkanlarını və respublikanın son bir ildə İsrail ərazisinə atdığı raketlərin istehsal sahələrini göstərib. Əməliyyatda onlarla qırıcı, yanacaq dolduran təyyarələr və kəşfiyyat təyyarələri iştirak edib. 

Bu, İsrailin İran ərazisində rəsmi olaraq məsuliyyət daşıdığı ilk hərbi əməliyyatdır.

İranın "Tasnim" dövlət agentliyinin yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, İran tərəfi İsrailə cavab verməyə hazırdır.

Ağarza Elçinoğlu 

Seçilən
39
50
unikal.az

10Mənbələr