AZ

Kursk vilayətində mindən çox itkin düşmüş insan tapılıb

Rusiya Qırmızı Xaç Cəmiyyəti (RRC) Kursk vilayətində döyüş əməliyyatları zamanı itkin düşən 1088 nəfərin yerini müəyyən edə bilib.

Demokrat.az
xəbər verir ki, bu barədə təşkilatın sədri Pavel Savçuk Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Assambleyası çərçivəsində bildirib.

“Bir adamı bir neçə nəfər axtara bilər. Həmin siyahılara və humanitar mərkəzlərimizdən keçən insanlara görə əlimizdə olan məlumatları nəzərdən keçiririk və bu, demək olar ki, 100 min nəfərdir”.

Savçuk aydınlaşdırıb ki, ümumilikdə RKK-ya itkin düşən vətəndaşlarla bağlı 5,6 min müraciət daxil olub.

O əlavə edib ki, itkin düşənlərin axtarışı zamanı RKK tibb müəssisələri və qeyri-kommersiya təşkilatları ilə əlaqə saxlayır.


Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
42
demokrat.az

1Mənbələr