AZ

Payızda orqanizmi vitaminlə təmin edən və  xəstəlikdən qoruyan qida – Kələm turşusu

Payızda Payızda orqanizmi vitaminlə təmin edən və

Payız mövsümündə orqanizmimizdə çatışmayan vitaminləri bərpa etmək və xəstəliklərdən qorunmaq üçün qidalanma rasionumuzu zənginləşdirməliyik. Bu məqsədlə kələm turşusu ən yaxşı seçimdir.

E-saglam.az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib.

Onun sözlərinə görə, kələm turşusunda çoxlu faydalı maddələr və qida lifləri var.

"Orqanizminizə lazım olan hər şeyi verin, o özü nəyə ehtiyac olduğunu seçəcək. Orqanizmi məcbur etməyə ehtiyac yoxdur. Məsələn, payızda turşuya qoyulmuş kələm yemək məsləhətdir. Kələm turşusunda "C" vitamini, faydalı maddələr və zəruri qida lifləri boldur", - deyə həkim izah edib.

Dietoloq qeyd edib ki, özbaşına vitaminlər təyin etmək məsləhət deyil, çünki əlavələr artıq ola bilər.

"Məsələn, askorbin turşusu ilə ("C" vitamini) ifrata varmaq böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Bunun əvəzinə təbii məhsullar qəbul edin", - deyə o sözlərini yekunlaşdırıb.

E-saglam.az

Seçilən
17
1
e-saglam.az

2Mənbələr