AZ

Qeysəriyyədən sonra ölən Səmanın ölümünün DETALLARI 

22:30

Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadının ölməsi ilə bağlı bəzi detallar məlum olub.

Referans.az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 14-də Şirvan Doğum Evində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirmiş Səma Yusubova ayın 26-da xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib.

Mərhumənin anası Sevda Yusubovanın iddiasına görə, qızına qan vurulmadığı üçün həyatını itirib:

"Qızımı ağır vəziyyətdə xəstəxanaya çatdırdıq. Həkimə dedim ki, beyninə qan çatmır. Həkim səbəbinin narkoz olduğunu söylədi. O, üç sistem yazdı. Sistemlərin xeyri olmadı, gördüm qızım xırıldayır. Ağzından köpük gəlir. Onun beyninə qan getmirdi. Qan vurulsaydı, yaşayacaqdı".

--------------
06:51

Şirvan doğum evində ana ölümü qeydə alınıb.

Referans.az APA-ya istinadən bildirir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Yusubova Səma Əlişükür qızı 13 gün əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Evə buraxılan ananın sonradan vəziyyəti pisləşib. Doğum evinə yerləşdirilən qadının həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qadının meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
17
9
referans.az

10Mənbələr