AZ

Gürcüstanın hakim partiyası 54,2% səslə liderdir

Seçki məntəqələrinin 99%-nin səsləri sayıldıqdan sonra hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 54,2% səs toplayıb.

Publika.az bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasına ( MSK ) istinadən xəbər verir .

İlkin məlumata görə, 3085 seçki məntəqəsinin məlumatlarının hesablanmasından sonra “Gürcü arzusu” bir milyondan çox səs toplayıb. MSK-nın qeyd etdiyi kimi, qanunverici orqana beş faizlik baryeri keçən əsas müxalifət partiyaları da daxil olur. Bunlara “Birlik - Milli Hərəkat” (təxminən 10%), “Dəyişiklik üçün Koalisiya” (təxminən 11%), “Güclü Gürcüstan” (təxminən 8,7%) və “Gürcüstan Naminə” (təxminən 7,7%) daxildir. Ümumilikdə müxalifət təxminən 37 faiz səs toplayıb.

Seçilən
17
1
publika.az

10Mənbələr