AZ

Kosmosun gözü sayılan türk silahı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 22-si və 26-da Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA EXPO 2024" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi işini tamamlayıb.
Sərgidə Azərbaycan da daxil olmaqla 120-dək ölkənin müvafiq sahədə çalışan 1500-ə yaxın şirkəti bir araya gələrək əldə etdikləri ən son nailiyyəti nümayiş etdirib. Sərginin əhatə miqyası və iştirakçı, ziyarətçi sayı bir çox analoji tədbirləri kölgədə qoyub. Lakin "SAHA EXPO" təkcə bununla yox, həm də Türkiyə müdafiə sənayesinin yerli və milli prinsipi ilə əldə etdiyi uğurların nümayişi kimi də diqqət mərkəzinə düşüb.
Hazırda dünyanın 185 ölkəsində 230 adda hərbi təyinatlı məhsul ixrac edən Türkiyənin müdafiə sənayesi tarixində, əslində, cəmi 50 ilə yaxın bir zamanı əhatə edir.
Bu yoldakı uğurlar isə artıq bir çoxlarının həsəd aparacağı həddə çatmaqdadır. "SAHA EXPO 2024" çərçivəsində açıqlanan rəqəmlərə görə, Türkiyənin müdafiə sənayesi məhsullarının ixracından əldə etdiyi gəlirlər təkcə 2023-cü ildə 5,5 milyard dollar təşkil edib. Cari ilin 10 ayı ərzində əldə edilən gəlir isə bundan 12 faiz daha çoxdur.
Ətraflı Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında:
Seçilən
94
25
oxu.az

10Mənbələr