AZ

İsrail İranın bütün strateji müdafiə potensialını məhv etdiyini bildirib

Yazını böyüt
Yazını kiçilt

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İran 26 oktyabr gecəsi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində strateji müdafiə imkanlarını itirərək bütün uzaqmənzilli zenit-raket batareyaları olmadan qalıb.

İtirilmiş potensialın bərpası bir neçə il çəkə bilər.

IDF Radio Galei-nin məlumatına görə, İsrailin hücumu nəticəsində uzaqmənzilli zenit-raket komplekslərinin bütün batareyaları məhv edilib. İranda bunlardan ikisi var idi - Rusiya S-300 və digər təkmilləşdirilmiş İran istehsalı modeli. Erkən xəbərdarlıq radarları da hücuma məruz qalıb. Milli təhlükəsizlik mənbələri İranda yalnız yerli istehsal olunan qısa mənzilli batareyaların qaldığını bildirib. Hava hücumundan müdafiə batareyalarına əsas ziyan Tehran və İranın qərbində qeydə alınıb.

Seçilən
44
hafta.az

1Mənbələr