AZ

1 milyon Ermənistan vətəndaşı çörək tapmaq üçün mühacirət edib - Paşinyan

Oktyabrın 28-də Ermənistan parlamentində dami komissiyalarının birgə iclası 2025-ci ilin dövlət büdcəsi layihəsini müzakirəyə çıxarıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas baş naziri Nikol Paşinyan, nazirlər və parlament üzvlərinin iştirakı ilə keçirilir.

Baş nazir büdcə layihəsinin müzakirəsi zamanı bir sıra məsələlərə toxunub.

O deyib ki, dövlət çörək qazanmaq üçün alətdir və vətəndaş öz dövlətini belə dərk etməlidir, çünki dövlətin və xalqın dövlət anlayışı belə deyilsə, dövlətin mövcudluğu perspektivi şübhə altındadır.

Paşinyanın sözlərinə görə, məhz belə sistemli qavrayışın olmaması 1990-cı illərin əvvəllərindən indiyə kimi Ermənistanın 1 milyondan çox vətəndaşının öz həyati rifah ehtiyacını ödəmək üçün mühacirət etməsinin səbəbi olub.

Seçilən
44
50
modern.az

10Mənbələr