AZ

Əliyevlə Paşinyan 10 gün sonra bu dost ölkədə yenidən görüşəcəklər...

Image

"Avropa Siyasi Birliyi"nin beşinci sammiti çərçivəsində iki ölkə lideri yenidən görüşəcək

“Avropa Siyasi Birliyi”nin ilk sammiti 2022-ci il oktyabrın 6-da Praqada 44 Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqının 27 nümayəndəsinin iştirakı ilə keçirilib. Tədbir Euronews telekanalı tərəfindən canlı yayımlanıb.

Sammitin əsas hadisələrindən biri Türkiyə Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşü hesab oluna bilər.

“Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

2022-ci il mayın 9-da Fransa Prezidenti Emmanuel Makron Ukrayna kimi Aİ-dən kənar ölkələrin daxil ola biləcəyi yeni siyasi birliyin yaradılmasını təklif edib.

“Biz hamımız çox yaxşı bilirik ki, Ukraynanın Aİ-yə daxil olması prosesi bir neçə il, əslində isə bəlkə də bir neçə onilliklər çəkəcək”, - Makron bildirib.

"Avropa Siyasi Birliyi"nə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.

Praqada keçirilən ilk sammit zamanı Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və son dəqiqədə danışıqlar masasına “özünü yetirən” Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüşün baş tutmasına şərait yaratdı.

2023-cü il iyunun 1-də Moldovada keçirilən ikinci sammitdə 45 ölkənin başçıları, həmçinin Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin sədrləri iştirak edib. Görüş Moldovanın Novoanenski rayonunun Bulboaca kəndində, Ukrayna ilə sərhəddən 13 km aralıda yerləşən Mimi qəsrində baş tutub.

Moldovada Azərbaycan və Ermənistan liderləri arasındakı görüş daha geniş tərkibdə keçirildi və Praqadakı görüş iştirakçıları ilə yanaşı, həmin tədbirdə Almaniyanın Federal Kansleri Olaf Şolts da iştirak etdi.

5 oktyabr 2023-cü ildə Qranadada "Avropa Siyasi Birliyi"nin üçüncü sammiti keçirilib.

Təxminən 50 Avropa lideri İspaniyanın Qranada şəhərində "Avropa Siyasi Birliyi"nin  üçüncü sammitinə toplaşıb. Azərbaycan prezidenti iclasda iştirakdan imtina edib.

18 iyul 2024-cü il tarixdə Böyük Britaniyada "Avropa Siyasi Birliyi"nə üzv dövlətlərin dördüncü sammiti işə başlayıb. 47 dövlətin lideri Ukraynaya yardım, qeyri-qanuni miqrasiya ilə mübarizə və digər mövzuları müzakirə edilib

Sammitin əsas mövzuları Ukraynada münaqişə, enerji təhlükəsizliyi, miqrasiya, məqsəd isə "Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaq idi".

Birliyin Londonda keçtilən sammitində Ermənistannın bas naziri Nikol Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi. Bunun ardınca liderlərin Moskvada görüşmək imkanları var idi. Yenə Paşinyan bu görüşdən imtina etdi. Amma Moskvadan sonra Kazanda keçirilən BRİCS samitində isə liderlər bir araya gələrək uğurlu nəticələr əldə etdiklərini dilə gətirdilər.

Birlik ildə iki dəfə sammit keçirir, 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan, Britaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna da var. "Avropa Siyasi Birliyi"nin sammitləri ardıcıl olaraq Çexiya, Moldova, İspaniyada və Böyük Britaniyada keçirilib.

Sammitin standart planı belədir: əvvəlcə plenar sessiyanın açılışı, sonra miqrasiya, energetika və rabitə, həmçinin demokratiyanın müdafiəsi və təmin edilməsinə həsr olunmuş üç “dəyirmi masa”; sammit plenar sessiyanın bağlanışı ilə başa çatacaq.

Erməni mediasının məlumatına görə, noyabrın 7-də baş nazir Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək beşinci sammitində iştirak edəcək.

Məlum olduğu kimi, Azərbaycan da "Avropa Siyasi Birliyi"nin üzvüdür və bundan dolayı həmin sammitə Azerbaycan Prezidenti İlham Əliyev də dəvətlidir. Çox güman ki, "Avropa Siyasi Birliyi"nin beşinci sammiti çərçivəsində hər iki liderin digər iştirakçılarla birlikdə və təkbətək görüşləri keçiriləcək. Yəqin ki, görüş zamanı Kazanda qəbul edilən qərarların icra vəziyyəti müzakirə ediləcək və Ermənistanın, o cümlədən də digər Avropa ölkələrinin COP29-da iştirakı yenidən müzakirə predmeti olacaq.

Akif NƏSİRLİ





Seçilən
129
50
baki-xeber.com

10Mənbələr