Hazırda paytaxtda müşahidə edilən güclü leysan səbəbi ilə şəhərin bəzi küçə və tunellərində nəqliyyatın hərəkətində problem yaranıb.
XALQ.AZ məlumat verir ki, yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb.
Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ildə açılıb. Açılışda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər
Rəsmi məlumata görə 23 oktyabrda Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində iki nəfər meyiti çıxarılıb.1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.