AZ

Cəbrayılda 44 yaşlı şəxs döyülərək öldürülüb

Cəbrayılda

Biləsuvarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Cəbrayıl rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
Seçilən
3
16
reyting.az

10Mənbələr