AZ

Paşinyanın yeni ədliyyə naziri bəlli oldu


Ermənistanın daxili işlər nazirinin müavini Arpin Sərkisyan ədliyyə naziri postuna namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatları şərh etməyib.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, o, parlamentdə yerli jurnalistlərlə söhbətində bu məsələyə aydınlıq gətirmək istəmədiyini bildirib.

“Mən bu məsələ ilə bağlı heç bir şərh vermək fikrində deyiləm, çünki burada daxili işlər nazirinin müavini kimi fəaliyyət göstərirəm”, - deyə Sərkisyan açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Ermənistanın hakim "Vətəndaş Sazişi" partiyasının təşəbbüsü ilə ədliyyə nazirinin müavini Sirvard Gevorgyan və ədliyyə naziri Qriqor Minasyan istefa verdikdən sonra hakimiyyət yeni nazir seçimi ilə bağlı qərar qəbul edə bilmir.

Musavat.com

Seçilən
9
29
musavat.com

10Mənbələr