AZ

“Ukrayna üzrə ikinci Sülh Sammiti Hindistanda keçirilə bilər” - Zelenski

“Ukrayna üzrə ikinci Sülh Sammiti dünyanın istənilən mötəbər paytaxtında, o cümlədən Hindistanda keçirilə bilər”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Times of India” qəzetinə müsahibəsində deyib.

“İnanıram ki, biz istənilən paytaxtda ikinci Sülh Sammitini keçirə bilərik. Təbii ki, bu Hindistanda ola bilər”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, bu barədə bir çox ölkələrdən təkliflər var, biz onları eşitməyə hazırıq.

Qeyd edək ki, Ukrayna üzrə ilk Sülh Sammiti iyunun 15-16-da İsveçrədə keçirilib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr