AZ

Ərəstun Oruclu: İvanaşvili höküməti ilə Avropaya inteqrasiya qeyri-mümkündür...

Gürcüstanda parlament seçkisində hakim “Gürcü arzusu” partiyasının qələbəsi elan olunub...

Siyasi-şərhçi: “İvanaşvilinin hökuməti artıq belə bir blef də ortaya atdı ki, yaxın zamanda Qərblə münasibətlər normallaşacaq. Blef demək yerinə düşür, çünki tam olaraq Rusiyadan aslı olan bir hökumət ABŞ-la və Avropayla münasibətiləri yenidən quracağını söyləyir”.

“Ona yaxın Qərb ölkələri bu seçkilərin nəticələrini tanımamaq barədə bu və ya digər rəsmilər səviyyəsində bəyanat verib. Gürcüstan müxalifəti də seçkinin nəticəsini tanımır, deməli vəziyyət gərginləsməyə doğru gedəcək”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Gürcüstanda keçirilən seçkilərin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Gürcüstanda parlament seçkisində hakim “Gürcü arzusu” partiyasının qələbəsi elan olunub. Amma buna baxmayaraq, seçkilərin nəticələrini müxalifət və Gürcüstan prezidenti tanımaqdan imtina edib və müxalifət nümayəndələri mandatdan da imtina ediblər. Beynəlxalq təşkilatlar da seçkilərdə pozuntuların olduğunu qeyd ediblər. ABŞAvropa İttifaqı da beynəlxalq təşkilatların mövqelərindən çıxış ediblər.

Bundan sonrakı mərhələdə Gürcüstan-Qərb münasibətləri necə görünür? Münasibətlər geridönməz məcraya irəliləyir, yoxsa Gürcüstan hakimiyyətinin də iddia etdiyi ki, yaxın zamanlarda münasibətlərdə istiləşmə hiss olunacaq?

Gürcüstanda baş verən siyasi mənzərəni Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hələlik, Avropaya yaxınlaşmaq və yaxud Avropayla, Qərblə münasibətilərin hansı səviyyədə qurulması gündəm mövzusu deyil. Bu gün gündəm mövzusu seçkilərin taleyinin və bu seçkilərdən sonra Gürcüstanın taleyinin necə olacağıdır ki, burada da dediyim kimi, hələki aydın mənzərə görünmür”.

Müxalifətin həqiqətən də güc toplayıb səfərbər oluna biləcəyini vurğulayan ekspert Poliqon-a bildirib ki, bunun nəticəsində Gürcüstanda növbəti inqilab baş verər:

“Gürcüstan seçkilərinin artıq necə dəyərləndirilməsinə dair bir sıra ölkələrin mövqeləri ortadadır. Ona yaxın Avropa ölkəsi, daha doğrusu 9 Avropa ölkəsi və bir də Kanada rəsmiləri bu seçkilərin tanınmasının mümkün olmadığını bildiriblər. Eyni zamanda Gürcüstan müxalifəti də seçkilərin nəticələrini tanımır. Nəzərə almalıyıq ki, prezident də müxalifətin tərəfinə keçib və Salome Zurabaşvili dünənki xalqa müraciətində etirazlara çağırış etdi. Həbsxanada olan Mixail Saakaşvili də eyni mövqedən çıxış etdi.

Görünür, məhz bu çağırışlar və artıq beynəlxalq dəstəyin açıq şəkildə özünü göstərməsi gürcü müxalifətini səfərbər olmağa və ortada güclü liderin olmamasına rəğmən etirazlara qalxmağa sövq edəcək.

Bu halda bir neçə ssenari mümkündür. Ssenarilərdən biri bundan ibarətdir ki, Rusiya tərəfindən dəstəklənən İvanaşvilinin hökuməti güc tətbiq edərək etirazların qarşısını alsın. Bu çox da inandırıcı görünmür. Çünki Gürcüstanda mübarizə ənənəsi var, siyasi mübarizə əzmi var. Bu açıq-aşkar görünür. Amma digər tərəfdən, dediyim kimi ortada xarizmatik lider yoxdur. Lider olacağı təqdirdə proqnoz vermək daha asan olardı.

Başqa bir tərəfdən, İvanaşvilinin hökuməti artıq belə bir blef də ortaya atdı ki, yaxın zamanda Qərblə münasibətlər normallaşacaq. Blef demək yerinə düşür, çünki tam olaraq Rusiyadan aslı olan bir hökumət ABŞ-la və Avropayla münasibətiləri yenidən quracağını söyləyir. Əvvəla, bu qeyri-müəyyən ifadədir. Münasibətləri yenidən hansı şəkildə quracaqlar, bunu açıqlamırlar. Ancaq bildirirlər ki, Gürcüstan Avrointeqrasiya yolunu davam etdirəcək. Mənə elə gəlir ki, bu yalandır, bu sadəcə vəziyyətdən çıxmaq üçün ortaya atılmış söhbətdir və heç kim də buna inanmır.

Ərəstun Oruclu: “Müxalifət həqiqətən də güc toplayıb səfərbər ola və bunun nəticəsində Gürcüstanda növbəti inqilab baş verə bilər”.

Bir daha qeyd edim ki, ona yaxın Qərb ölkələri bu seçkilərin nəticələrini tanımamaq barədə bu və ya digər rəsmilər səviyyəsində bəyanat verib. Gürcüstan müxalifəti də seçkinin nəticəsini tanımır, deməli vəziyyət gərginləsməyə doğru gedəcək. Hələlik, buna görə də hansısa Avropaya yaxınlaşmaq və yaxud Avropayla, Qərblə münasibətilərin hansı səviyyədə qurulması gündəm mövzusu deyil. Bu gün gündəm mövzusu seçkilərin taleyinin və bu seçkilərdən sonra Gürcüstanın taleyinin necə olacağıdır ki, burada da dediyim kimi hələ aydın mənzərə görünmür.

İkinci ssenari isə müəyyən zorakılıq ola bilər. və onun qarşısını hakimiyyət ala bilməz. Danışıqlara məcbur olarlar, yeni seçkilər təyin edərlər, bu az inandırıcı görünür.

Üçüncü variant isə odur ki, müxalifət həqiqətən də güc toplayıb səfərbər oluna bilər ki, bunun nəticəsində Gürcüstanda növbəti inqilab baş verər. Düzünü desəm, burada da şanslar ən azı bu gündən baxdıqda çox da yüksək deyil.

Amma hər bir halda, mən bu üç ssenarinin heç birini istisna etmirəm. Hələlik gündəm budur, Avropaya inteqrasiya deyil. İvanaşvili höküməti ilə Avropaya inteqrasiya qeyri-mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr