AZ

Fuad Həsənov iki medalla fəxri kürsüdə, Tehran Məmmədovdan gümüş medal!

Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması bu gün daha 2 medal qazanıb.

Fuad Həsənov və Tehran Məmmədov 67 kq çəki dərəcəsində 23 yaşadək idmançılar arasında mübarizə aparıblar. Tehran birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində hər 3 cəhdində uğursuz olub.

Fuad Həsənov isə birdən qaldırma hərəkətində 131 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. İdmançımız 156 kq nəticə ilə Avropa birinciliyinin bürünc medalını qazanıb. Həsənov iki hərəkətin cəmində bürüncə sahib çıxıb.

Qeyd edək ki, yığmamızın heyətində Qasım İsmayılov (67 kq) bürünc qazanıb.

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr