AZ

Futbolçu komanda yoldaşının pulunu oğurladığını etiraf etdi

Ötən həftə məlum olub ki, Ukrayna Premyer Liqa klublarından birində təlim-məşq bazasında əcnəbi futbolçunun aylıq maaşının təxminən yarısı – bir neçə min dollar oğurlanıb.

Publika.az xəbər verir ki, “TaToTake”nin yenilənmiş məlumatına görə, komanda yoldaşını soyan futbolçu səmimi etiraf edib və pulu əcnəbiyə qaytarıb.

Qeyd olunur ki, hazırda Ukraynanın yüksək divizionunun adı açıqlanmayan klubunun komandası futbolçunun taleyini həll edir. Hətta adı açıqlanmayan futbolçunun komandanı tərk etməsi variantı da nəzərdən keçirilir.

Seçilən
57
publika.az

1Mənbələr