AZ

Bu təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır

Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.

 

O qeyd edib ki, prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır:

 

"Qeydiyyat Portal.edu.az veb səhifəsi vasitəsilə həyata keçiriləcək.  Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək".

 

Agentliyin direktorunun sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması, peşəkar kadrların işə cəlb edilməsi vacib amillərdən biridir.

 

"MÜTDA tərəfindən “Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” hazırlanıb. İşə qəbul müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada iki mərhələ - test imtahanı və müsahibə üzrə keçiriləcək. Vakant yerlər və tarixlər ictimaiyyətə elan ediləcək. Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi də qarşıda duran hədəflər sırasındadır. Məqsəd məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir. Bununla bağlı normativ sənədlər, qanunvericilik aktları təhlil olunub, ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmə təcrübəsi əsas götürülərək ümumi yanaşma əks olunub və MÜTDA tərəfindən çərçivə sənədi hazırlanıb", - Eşqi Bağırov bildirib.

phrase_var_article.chosen
86
6
modern.az

10phrase_var_article.sources